Gəncədə “Ford” qadını vurub öldürdü
21 noyabr, 2013 11:28
Gəncədə yolu keçmək istəyən 45 yaşlı qadını avtomobil vurub.
Bu barədə məlumatı ERtv-yə Gəncə şəhər Baş Polis İdarəsindən veriblər.
Məlumata görə şəhər sakini, 1968-ci il təvəllüdlü Gülnar Qurbanova Nizami küçəsində yolu keçmək istəyərkən, şəhər sakini 29 yaşlı Mehman Ələsgərovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə vurulub. Qadın hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Gənə şəhər Baş Polis İdarəsində cinayət məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.