Ağdamda 33 yaşlı kişi zəhərlənmədən dünyasını dəyişib
21 noyabr, 2013 11:26
Ağdamda bədbəxt hadisə baş verib.
ERtv xəbər verir ki, Ağdamın Əhmədağalı kənd sakini Abbasov Yadigar N\Novruz oğlu kimyəvi maddələrin daşınması üçün istifadə olunan boş çəlləyin ağzını lağunda ilə kəsərkən başı gicəlləınib yerə yıxılıb.
Təcili tibbi yardım çağırılsa da tibb işçiləri artıq onun öldüyünü görüblər.
1980-cı il təvəllüdlü Yadigar Abbasovun meyidinin ailəsi dəfn üçün yaşadığı evə aparıblar.
Qeyd edək ki mərhum ailəlidir, iki övladı var..