Xəbərlər

İranda 20 min nəfər zəhərləndi
22 noyabr, 2013 11:25

İranın Xuzestan vilayətində aramsız yağışlar insanların kütləvi zəhərlənməsinə səbəb olub.

ERtv-nin Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, ölkənin rəsmi strukturlarının yaydığı məlumatda deyilir ki, atmosferin çirkli olması nəticəsində yağan yağışlar havanı kəskin ağırlaşdırıb.

İyirmi minə yaxın insan “boğulma” diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Onların bir qismi ilkin tibbi yardımdan sonra xəstəxanaları tərk edib. Təbii fəlakət zonası elan edilmiş əraziyə əlavə xilasedici və səhiyyə qüvvələri cəlb edilib.

Bildirilir ki, ölkənin müxtəlif bölgələrində sel və daşqınlar nəticəsində 18 şəhərə və 3 adaya ciddi ziyan dəyib. Yaxın günlərdə Kerman, Hormozqan və Sistan-Bülecüstan vilayətlərində yağıntının ümumi normadan dəfələrlə artıq olacağı proqnozlaşdırılır. Bu vilayətlərin çay və göl sahillərində, çökək ərazilərində məskunlaşan əhaliyə xəbərdarlıq olunub.

Alborz və Tehran vilayətinin şimalında dağlıq ərazilərə qar yağması nəticəsində paytaxtın bəzi giriş-çıxış yolları bağlanıb.

Gilan və Ərdəbil vilayətləri arasındakı Xalxal ərazisində isə güclü yağış avtomobil tunelinin uçmasına səbəb olub.

Yol polisi yollarda yaranmış vəziyyətlə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.