Türkiyədə Nazirlər Kabinetinə bombalı hücum edən şəxs vurulub.
ERtv Türkiyə mətbuatına istinadən xəbər verir ki, 52 yaşında olan Toğrul Bayır Türkiyənin Nazirlər Kabinetinə üzərindəki bomba ilə girməyə cəhd edib.
Dərhal mühafizəçilər onu əhatəyə alıblar və silahla vurublar. Yaralı şəxs xəstəxanaya çatdırılıb. Hadisə yerinə heç kim buraxılmır.
Hadisə ilə bağlı açıqlama verən Daxili İşlər naziri Muəmmər Gülər həmin şəxsin psixoloji problemləri olduğunu söyləyib:
“O polisə əvvəlcədən zəng edib xəbər verib. Psixoloji problemli insan belə edər”.
Türkiyə Nazirlər Kabinetindən isə açıqlama verilib ki, həmin şəxsə atəş açılmayıb:
“Ona dur əmri verilib və havaya iki dəfə atəş açılıb. Bundan sonra mühafizəçilər onun üzərinə atılaraq onu təhlükəsizləşdiriblər. Üzərindəkinin də bomba olub-olmadığı araşdırılır”.