Xəbərlər

Kənd təsərrüfatı istehsalı 5%-ə yaxın artıb
22 noyabr, 2013 11:22

Yanvar-oktyabr ayları ərzində bitkiçilik məhsulları istehsalı 3,8 faiz, heyvandarlıq məhsulları istehsalı 5,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 4,7 faiz ötənilki səviyyədən yüksək olub.

ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, aqrar bölmədə məhsul yığımı başa çatmaq üzrədir.

Noyabrın 1-nə kimi tarlalardan qarğıdalı ilə birlikdə 2938,8 min ton taxıl, 992,2 min ton kartof, 1191,1 min ton tərəvəz, 691,2 min ton meyvə və giləmeyvə, 429,7 min ton bostan məhsulları, 142,8 min ton üzüm, 3,3 min ton tütün, 87,0 min ton şəkər çuğunduru, 549,9 ton yaşıl çay yarpağı, 31,5 min ton pambıq toplanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli paxlalı istehsalı 4,9 faiz, kartof istehsalı 2,5 faiz, tərəvəz istehsalı 0,1 faiz, meyvə və giləmeyvə istehsalı 3,9 faiz, bostan məhsulları istehsalı 0,5 faiz, üzüm istehsalı 14,5 faiz artıb.

İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə 402,7 min ton ət, 1528,9 min ton süd, 1160,2 milyon ədəd yumurta və 16,5 min ton yun istehsal olunub. 2012-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 4,0 faiz, süd istehsalı 6,4 faiz, yumurta istehsalı 16,3 faiz, yun istehsalı 2,3 faiz artıb.

Kənd əməkçiləri gələn ilin məhsulu üçün 792,3 min hektar sahədə şum qaldırıb, 444,8 min hektar sahədə dən üçün taxıl, o cümlədən 272,7 min hektar sahədə buğda, 172,1 min hektar sahədə arpa səpiblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.