Xəbərlər

Sumqayıt Texnologiyalar Parkı ilə Belarusun zavodları arasında əlaqələr qurulması müzakirə edilib
21 noyabr, 2013 11:21

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan Belarusun sənaye naziri Dmitri Kateriniç ilə görüşüb.

ERtv-nin verdiyi xəbərə görə, görüşdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib, əlaqələrimizin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran Belarusun sənaye naziri Dmitri Kateriniç Azərbaycanın dinamik iqtisadi inkişafından məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla əməkdaşlığına böyük önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini deyib.

Görüşdə Azərbaycan və Belarus arasındakı iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, Gəncə Avtomobil Zavodu ilə Belarusun Minsk Traktor Zavodu və Avtomobil Zavodu arasında əlaqələrin uğurla davam etdiyi və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Sumqayıt Texnologiyalar Parkı ilə Belarusun adıçəkilən zavodları arasında kooperasiya əlaqələrinin qurulması və inkişaf etdirilməsi müzakirə edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.