Xəbərlər

Azərbaycanla Niderland arasında ticarət dövriyyəsi artıb
21 noyabr, 2013 11:20

Bakıda Azərbaycan-Niderland biznes forumu keçirilib.

ERtv-nin verdiyi xəbərə görə, forumda hər iki tərəfdən sənaye, gəmiqayırma, konsaltinq, logistika və digər sahələrdə fəaliyyət göstərən 50-ə yaxın şirkətin nümayəndəsi iştirak edib.

Forumda çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev iki ölkə arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial olduğunu deyib.

“İndiyədək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair bir sıra sənədlər imzalanıb. Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində Niderland sərmayeli şirkətlər uğurla fəaliyyət göstərir”.

Niderland Krallığının Rotterdam şəhərinin meri Əhməd Əbutalib Azərbaycanlı sahibkarları Rotterdam şəhərinin iş adamları ilə fəal əməkdaşlığa dəvət edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 160 milyon dollar təşkil edib.

“Bu ilin doqquz ayında isə bu göstərici 131 milyon dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 % artım deməkdir”.

Forum İqtisadiyyat və Sənaye Nazirliyinin, AZPROMO-nun təşkilatçılığı ilə keçirilib

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.