Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib
20 noyabr, 2013 09:02
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar.