Xəbərlər

İlham Əliyev və Aleksandr Lukaşenko Bakıda Belarus səfirliyinin yeni binasının açılışında iştirak ediblər
20 noyabr, 2013 09:15

Noyabrın 20-də Bakıda Belarus Respublikasının Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mərasimdə iştirak etmişlər.

Mərasimdə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirildi, Belarusun dövlət bayrağı qaldırıldı.

Prezidentlər səfirliyin binasının rəmzi açılışını bildirən lenti kəsdilər.

Məlumat verildi ki, səfirliyin binasının inşasına 2012-ci ilin iyununda başlanmışdır. Dörd mərtəbədən ibarət yeni binada həm səfirlik, həm də konsulluq idarəsi yerləşəcəkdir. Binada səfirliyin əməkdaşlarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Ərazidə diplomatik korpusun nümayəndələri üçün beşmərtəbəli yaşayış binası da inşa olunmuşdur.

Prezidentlər səfirliyin binasında yaradılmış şəraitlə tanış oldular.

Sonra dövlət başçıları səfirliyin həyətində ağac əkdilər.

Daha sonra Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Gəncə avtomobil zavodu ilə Belarusun traktor və avtomobil zavodunun birgə istehsalı olan müxtəlif təyinatlı texnika və avtomobillərlə tanış oldular.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.