Avropa İttifaqının yeni səfiri Azərbaycana dekabrda gələcək
20 noyabr, 2013 16:14
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Malena Mard dekabrın əvvəlində Azərbaycana gələcək.
ERtv xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts deyib.
Yeni səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra səşahiyyətlərinin icrasına başlayacaq.
Qeyd edək ki, M.Mard Azərbaycanda Roland Kobianı əvəzləyəcək.