Xəbərlər

FİFA səsvermənin vaxtını uzatdı
20 noyabr, 2013 16:13

FİFA “Qızıl top” nominasiyası üzrə qalibi müəyyənləşdirilməsi üçün səsvermənin vaxtını uzadıb.

ERtv xəbər verir ki, səs hüququna malik olan şəxslər noyabrın 29-dək ən yaxşı hesab etdikləri oyunçunun adını ali futbol qurumuna göndərə biləcəklər.

Daha öncə isə vaxt 15 noyabra qədər təyin edilmişdi.

FİFA ilə mükafatın təsisçisi “France Football”ın birgə tərtib etdiyi siyahıda 23 futbolçu yer alıb. 2013-cü ilin ən yaxşısı olmaq uğrunda aşağıdakı futbolçular mübarizə aparacaqlar:

Bunlar Qaret Beyl (Uels) Luis Suares, Edinson Kavani (hər ikisi Uruqvay), Radamel Falkao (Kolumbiya), Eden Hazard (Belçika), Zlatan İbrahimoviç (İsveç), Andres İnyesta, Xavi (hər ikisi İspaniya), Filipp Lam, Bastian Şvaynştayger, Mesut Özil, Tomas Müller, Manuel Noyer (hamısı Almaniya), Robert Levandovski (Polşa), Lionel Messi (Argentina), Tiaqo Silva, Neymar (Braziliya), Andrea Pirlo (İtaliya), Frank Riberi (Fransa), Robin van Persi, Aryen Robben (hər ikisi Hollandiya), Kriştianu Ronaldo (Portuqaliya) və Yaya Ture (Kot d`İuvar).

Mükafatın sahibi yığmaların baş məşqçilərinin və kapitanlarının, habelə jurnalistlərin səslərinin nəticələrinə əsasən müəyyənləşəcək. Qalibin adı gələn il yanvarın 13-də bəlli olacaq.

Qeyd edək ki, son 4 ildə Lionel Messi dünyanın ən yaxşı oyunçusu adına layiq görülüb. Messinin bu il zədələrdən əziyyət çəkdiyinə görə əvvəlki formasında olmaması Ronaldonun şansını yüksəldib. Bir çoxları isə İbrahimoviçin də “Qızıl Top”a daha yaxın olduğunu düşünür.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.