Xəbərlər

Bu gün Ümumdünya Uşaqlar Günüdür
20 noyabr, 2013 16:08

Bu gün dünyada Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur.

ERtv xəbər verir ki, 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb.

1959-cu il noyabrın 20-də Baş Məclis “Uşaq hüquqları bəyannaməsi”ni, 1989-cu ilin həmin günündə isə “Uşaq hüquqları haqqında konvensiya”nı qəbul edib.

Qeyd edək ki, uşaqlarla bağlı dünyada çoxsaylı problemlər mövcuddur. Beynəlxalq statistikaya əsasən, hər il beş yaşına çatmamış on milyondan artıq uşaq dünyasını dəyişir. On milyonlarla uşaq isə yaşamaq və inkişaf etmək imkanı olmayan fiziki və ruhi xəstə olurlar. Bundan başqa milyonlarla uşaq cinsi və fiziki istismara, işgəncələrə məruz qalır, cinayətkarların, münaqişələrin qurbanlarına çevrilirlər.

BMT-nin Uşaq Fondu ana bətnindən yeniyetmə yaşına qədər uşaq sağlamlığının bütün sahələri üzrə geniş işlər həyata keçirir. Fond həmçinin QİÇS-ə yoluxmuş uşaq və qadınların normal həyat şəraiti ilə təmin edilməsinə şərait yaradır.

Qeyd edək ki, tarixən Azərbaycan cəmiyyətində uşaqlara xüsusi diqqət, qayğı göstərilib. İnsanlar həyatlarının mənasını, davamını, gələcəyini övladında - yeni nəsildə görüblər. Odur ki, ömürlərini də yeni nəslin ayağa qalxmasına, möhkəmlənməsinə, istər fiziki, istərsə də mənəvi cəhətdən sağlam böyüməsinə, müəyyən məqsədə çatmasına, bir insan, şəxsiyyət kimi formalaşmasına sərf ediblər.

Hazırda Azərbaycanda 3 milyon uşaq yaşayır ki, onların da 10 faizini qaçqın və məcburi köçkün uşaqlar təşkil edir.

Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq hüquqları haqqında” qanundur.

Dövlətimiz yeni nəslin - uşaqların sağlam, firavan böyüməsinə, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı göstərir. Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin Azərbaycanda “Uşaq ili” elan edilməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir.

Həmin sərəncam əsasında ölkəmizdə dövlət səviyyəsində proqramlar, layihələr hazırlanıb həyata keçirilir. Bunlar da ölkəmizdə ana və uşaqların sağlamlığının qorunmasına, uşaq müəssisələrinin fəaliyyətinin, eləcə də səhiyyə sisteminin maddi-texniki bazasının yaxşılaşdırılmasına, bilikli, peşəkar kadrların hazırlanmasına yönəlib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.