Obama Konqresi İrana qarşı sanksiya qəbul etməməyə çağırdı
20 noyabr, 2013 16:06
ABŞ prezidenti Barak Obama noyabrın 19-da senatorlarla görüşü zamanı Konqresi danışıqlar gedən zaman İrana qarşı yeni sanksiyalar qəbul etməməyə çağırıb.
ERtv-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ evin mətbuat katibi Cey Karnijurnalistlərə bildirib.
“Prezident qeyd edib ki, danışıqlar gedən zaman yeni sanksiyalar qəbul etmək lazım deyil. Bu sanksiyalar İranın “altılığın” təklifini qəbul etmədiyi və ya öz öhdəliklərini yerinə yetirmədiyi zaman qəbul edilməsi daha effektiv ola bilər”, - deyə Karni bildirib.