“ABU” Serbiyanın “Millenium” klubu ilə qarşılaşacaq
19 noyabr, 2013 18:51
Qadınlardan ibarət komandalar arasında həndbol üzrə Çellenc Kubokunun 1/8 finalının püşkatması baş tutub.
ERtv-nin verdiyi xəbərə görə, avrokuboklarda Azərbaycanın yeganə təmsilçisi “ABU”nun rəqibi Serbiyanın “Millenium” klubu olacaq.
Matçların keçirilmə müddətləri bir müddət sonra məlum olacaq.
Xatırladaq ki, bundan əvvəlki görüşlərdə komandamız Bakıda 2 dəfə Yunanıstanın “QAS Meqas Aleksandros” klubuna qalib gəlib (32:21, 28:18).