Polis Moskvanın “Sadovod” bazarında: Yüzlərlə həbs olunan var
19 noyabr, 2013 18:42
Moskva polisi bu gün səhər bir sıra paytaxt ticarət obyetklərində irimiqyaslı yoxlamalara başlayıb.
ERtv-nin NEWSru.com-a istinadən verdiyi xəbərə görə, xüsusi əməliyyat çərçivəsində əsas diqqət bazarlarda çalışan çoxlu sayda qeyri-qanuni miqrantlara yönəlib.
Əsas yoxlanılan obyekt isə Moskvanın cənub şərqində yerləşən “Sadovod” bazarı olub.
Life News-un verdiyi məlumata görə, “Sadovod” bazarında polis minə yaxın miqrantı saxlayıb. Hal-hazırda həmin miqrantların sənədləri yoxlanılır. Bazarda hazırda bütün giriş və çıxışlar bağlıdır.
Qeyd edək ki, “Sadovod” bazarı Moskva rəhbərliyinin planına görə, bu yaxınlarda bağlanacaq.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı