Xəbərlər

Fransa 2012-ci ildə turizmdən 13 milyard avro qazanıb
19 noyabr, 2013 18:42

Turizm axını sahəsində Fransa dünyada birinci yer tutur.

ERtv xəbər verir ki, hər il bura 83 milyon əcnəbi turist gəlir.

Bu sahədə o vahid liderdir, turizm sektoru yüksək gəlir gətirir və dinamikdir, yeni imkanlı müştərilərin və beynəlxalq turizm sahəsində təklifin artması nəticəsində o geniş inkişaf etməkdədir.

Yeni müştərilərin gəlişi ilə bu sektorda mühüm dəyişikliklər baş verməkdədir. Bu gün Fransaya əsas turist axınının Avropa və Asiya ölkələrindən gəlməsi müşahidə olunur.

Fransaya gələn əcnəbi turistlər arasında almanlar birinci yer tutur, onlardan sonra ingilislər gəlir. İqtisadi böhranın ən çox təsirinə məruz qalmış İrlandiya, Portuqaliya və Yunanıstan bu sahədə Fransa ilə əlaqələrini yenidən qururlar.

Asiyalılara gəldikdə isə, Fransanı istirahət yeri kimi seçməkdə çinlilər birinci yerdə durur (1,5 milyon nəfər). Braziliyalıların və rusların axını da sürətlə artmaqdadır.

Turizm sektoru Fransanın xarici ticarətində mühüm yer tutur. 1999-cu ildən bəri o, ödəmə balansında müsbət saldoya malik ən böyük sektordur. 2012-ci ildə bu sektorun dövriyyəsi artaraq 13 milyard avro təşkil edib, halbuki 2011-ci ildə 7,5 milyard olub.

Səfər müddətlərinin artırılması və mehmanxanalarda qalma günlərinin çoxalması nəticəsində xarici turistlər Fransada daha çox pul xərcləyir, və 35,8 milyard avroya çatır.

Fransanın təklifləri (dəniz sahilləri, şəhərlər, kəndlər, dağlar) və onları həyata keçirmə vasitələri (mehmanxana, mədəni-kütləvi tədbirlər, iaşə xidməti) çoxsaylı və rəngarəngdir. Bütün bunlar bir sıra sahələrin dinamik inkişafını təmin edir.

55 milyon gün-xizək kirayəsi ilə Fransa dünyada birinci xizək turizmi ölkəsidir.

İşgüzar turizm – bu sahədə Fransa çox mühüm yer tutur, 2011-ci ildə Fransada 6.081 tədbir təşkil olunub.

Beynəlxalq miqyaslı tədbirlər keçirməklə Fransa mədəni tədbirlər sahəsində ilk yerlərdən birini tutur: Marsel Provans 2013, Lil 3000, həmçinin yeni muzeylərin, məsələn, Pompidu Meç, Luvr Lans, Mayt Fondu, Nanta səyahət və iyun ayında Marseldə Avropa və Aralıq dənizi sivilizasiyaları muzeyi (MUCEM) buna misal ola bilər. İqtisadi, sosial mənfəəti, kommunikasiya, abadlıq sahələri nöqteyi-nəzərindən, iri miqyaslı tədbirlər müstəsna əhəmiyyətə malikdir.

Fransız mütəxəsssilərinin təcrübəsini və ekspertizasını birləşdirərək elə bir siyasət yeritmək lazımdır ki, dünyada baş verən hadisələri izləmək, keçmiş nailiyyətləri saxlamaq və yenilərini yaratmaq mümkün olsun.

France Evénement komitəsi, Atout France-ın yardımı ilə, yeni partnyorları cəlb etmək üçün əsas etibarı ilə marketinqin inkişaf etdirilməsi, beynəlxalq bençmarkın (etalon) və iri miqyaslı yüksək səviyyəli tədbirlərin kritereyialarının yaradılması yolunda fəaliyyət göstərir.

Şərab turizmi ən fəal sektorlardan biridir. Fransanın üzümçülük regionlarına gələnlərin sayı 24 milyona çatır.

Paris, Lacivərd Sahil, Sən-Mişel dağı turizm sektorunda Fransa təklifinin zəngin vitrinini, keyfiyyət və rəngarəngliyini təşkil edir. Beynəlxalq turizmin tələblərinə cavab vermək, yeni turizm marşrutları yaradılması sahəsində böyük işlər görülüb. Hal-hazırda cəsarətlə demək olar ki, turizm ölkənin bütün ərazisini əhatə edir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.