Bu ilin üç rübündə səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 37 pul hərracında 32 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib.
ERtv Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə bu il ərzində 56,5 milyon manat məbləğdə investisiya qoyulub.
İlin üç rübündə respublika üzrə kiçik özəlləşdirmə formasında 530-dan çox müəssisə və obyekt, 510-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.
510-a yaxın qeyri-yaşayış sahəsi, 470-ə yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.
Həmçinin qurumdan bildirilib ki, əvvəlki illərlə müqayisədə son iki ildə daşınmaz əmlakın qeydiyyat sayı maksimum həddə çatıb.
2011-ci ildə 147 min, 2012-ci ildə isə bu rəqəm 151 min olub. Bu ilin sonuna qeydiyyat sayının 160 minə çatacağı proqnozlaşdırılır.