Xəbərlər

Bakı-Qazax-Bakı sərnişin qatarı ləğv ediləcək
19 noyabr, 2013 18:38

Sərnişin daşımalarında iqtisadi səmərəliliyin artırılması, təsərrüfata çəkilən xərclərin azaldılması, sərnişinlərin rahatlığının təmin edilməsi və onlara göstərilən xidmət səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə sərnişin qatarlarında gələn aydan dəyişikliklər ediləcək.

ERtv-nin “Azərbaycan Dəmir Yolları”na istinadən verdiyi xəbərə görə, 1 dekabr 2013-cü ildən 662-661 №-li Bakı-Qazax-Bakı sərnişin qatarı ləğv edilərək 98-97 №-li Bakı-Ağstafa-Bakı sürət qatarının marşrutu Qazax stansiyasınadək uzadılacaq və “98-97 №-li Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı” adlandırılacaq.

Qatar 10 vaqondan ibarət olacaq və sərnişin axını olarsa, qatara əlavə fakultativ vaqonlar qoşulacaq.

662-661 №-li Bakı-Qazax-Bakı sərnişin qatarı Bakıdan axırıncı dəfə 30 noyabr 2013-cü ildə, Qazaxdan geriyə isə 1 dekabr 2013-cü ildə yola düşəcək.

Həmçinin 98-97 №-li Bakı-Ağstafa-Bakı sürət qatarı Bakıdan axırıncı dəfə 30 noyabr 2013-cü ildə, Ağstafadan geriyə isə 1 dekabr 2013-cü ildə yola düşəcək.

98-97 №-li Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı Bakı-sərnişin stansiyasından saat 22:05-də yola düşəcək və Qazaxa saat 09:40-da çatacaq. Qatar Qazaxdan 19:05-də yola düşəcək və Bakı-sərnişin stansiyasına saat 07:25-də çatacaq.

Eyni zamanda 38-37 №-li Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında sərnişin sıxlığının artırılması məqsədilə Bakı-Böyük Kəsik-Bakı sahəsində bu qatar üçün xüsusi yerli tarif tətbiq ediləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.