Millimiz şahmat üzrə Avropa çempionu oldu
17 noyabr, 2013 09:43
Bu gün Polşada şahmat üzrə Avropa çempionatı başa çatdı.
ERtv xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Open turnirinin sonuncu 9-cu turunda Ermənistanla heç-heçə edib 2:2.
Bizim üçün çox mühüm olan matçda Rusiya Fransanı 2,5:1,5 hesabı ilə məğlub etdi. Bu nəticə Azərbaycana imkan verdi ki, turnir cədvəlində Fransanı qabaqlayaraq 1-ci yeri tutsun. Yekun hesabla komandamız 14 xal toplayıb.