Xəbərlər

Bakıda “Qafqaza qayıdış” sənədli filminin təqdimatı keçiriləcək
17 noyabr, 2013 09:41

Xəbər verdiyimiz kimi, noyabrın 20-dən 24-dək Nizami Kino Mərkəzində birinci Bakı Beynəlxalq turizm filmləri festivalı keçiriləcəkdir. Festivalın müsabiqə proqramına 31 ölkədən 78 film daxil edilmişdir.

ERtv Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, festival Azərbaycan və Fransanın birgə istehsalı olan “Qafqaza qayıdış” sənədli filminin təqdimatı ilə açılacaqdır.

Məşhur fransız aktyoru Jerar Depardye, illüstrasiyaçı rəssam Matyo Sapanla yanaşı, aktyor Ənvər Həsənov və tanınmış televiziya aparıcısı Fuad Axundovun da çəkildiyi filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Devilerdir. Filmin ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, quruluşçu operatoru Stefan Byon, prodüserləri Arno Friley və Cavid İmamverdiyevdir.

Ekran əsərində 1858-ci ildə Qafqaza, o cümlədən Azərbaycana səyahət etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Dümanın “Qafqaz” əsərində yazdıqları izah edilir, onun izi ilə Jerar Depardyenin Azərbaycana səyahətindən bəhs olunur. Filmdə J.Depardyenin vasitəsi ilə yazıçının niyə məhz bu məkandan təsirləndiyi və əsəri üçün necə ilham aldığı tamaşaçıya aydın olur. Aleksandr Düma kimi Jerar Depardye də səyahət zamanı maraqlı insanlara rast gəlir, bir-birindən gözəl yerləri kəşf edir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.