Gəncənin mərkəzi meydanında Məhsəti Gəncəvinin 900 illiyinə həsr edilən sərgi keçirilib.
ERtv-nin Bölgə müxbirinin verdiyi məlumata görə sərgidə Nizami və Məhsəti yaradıcılığına və həmin dövrün həyat tərzinə uyğun məişət əşyaları nümayiş edilib.
Təhsil müəssisələrinin, idarə və təşkilatların sərgidə nümayiş etdirdiyi eksponatların hər biri şəhər əhalisi tərəfindən maraqla izlənib. Sərgidə təqdim edilən nümunələr Məhsəti Gəncəvinin yüksək intellektə, güclü müsiqi duyumuna, mükəmməl təhsilinə, poeziyasına, fəlsəfi düşüncəyə malik olmasına sübut kimi dəyərləndirilib.
Sərgidə Məhsəti Gəncəvinin rübaiələrinə çəkilən şəkillər isə sərginin ən gözəl eksponatı kimi diqqəti cəlb edib. Azərbaycan ədəbiyyatının və mühitinin XII əsrin tam mənzərəsini yaradan sərgidə Gəncədə yeni tikilən Nizami və Məhsəti muzeyi üçün bir neçə eksponat alınıb.