Daxili Qoşunların yeni komandanı, general-mayor Şahin Məmmədov bu gün şəxsi heyətə təqdim olunub.
ERtv APA-ya istinadən xəbər verir ki, yeni komandanı şəxsi heyətə daxili işlər naziri, general-polkovnik Ramil Usubov təqdim edib:
“Təqdimatda xidmət rəisləri, hərbi hissə komandirləri və prezidentin hərbi məsələlər üzrə müşaviri, general-leytenant Vahid Əliyev iştirak edirdi. General-mayor Şahin Məmmədov ona göstərilən etimada görə təşəkkür etdi, etimadı doğruldacağını, Daxili Qoşunların hazırlığını daha yüksək səviyyəyə çatdıracağını dedi”.
Qeyd edək ki, Şahin Məmmədov bundan əvvəl Daxili Qoşunların qərargah rəisinin I müavini vəzifəsində çalışıb. Bir müddət əvvəl Azərbaycan prezidentinin sərəncamı ilə Daxili Qoşunların sabiq komandanı Zakir Həsənov Azərbaycanın müdafiə naziri təyin edilib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı