Gürcüstan prezidenti Georgi Marqvelaşvili Tiflisdə keçirilən inaqurasiya mərasimində and içib.
ERtv ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə “Qruziya Online” məlumat yayıb: “Mən Gürcüstan prezidenti kimi Gürcüstan Konstitusiyasına əməl edəcəyimə və öz ölkəmdə birlik və inkişafa nail olmaq üçün hər şeyi edəcəyimə söz verirəm”.
Andiçmədən sonra Gürcüstanın dövlət himni səsləndirilib. Daha sonra Marqvelaşvili Ali Baş komandan kimi hərbçilərin paradını qəbul edib.
İnauqurasiya mərasimində Gürcüstanın Baş naziri Bindzina İvanişvili, Gürcüstanın Patriarxı və 53 ölkədən olan nümayəndə heyəti iştirak edib.
And içən Marqvelaşvili rəsmi şəkildə Gürcüstan prezidenti olub. Azərbaycanı andiçmə mərasimində Baş nazir Artur Rasizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.