“Anonymous” hakerləri ABŞ nazirliklərinin saytlarını sındırıblar
16 noyabr, 2013 09:34
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) bəzi federal təsisatların kompüter şəbəkələrinin “Anonymous” beynəlxalq haker qrupu tərəfindən sındırıldığı barədə bəyanat yayıb.
ERtv-nin RBK-ya istinadən verdiyi xəbərə görə, hakerlər “Adobe” proqram təminatının təhlükəsizliyinin mükəmməl olmamasından istifadə ediblər.
Haker hücumlarının ABŞ ordusu, səhiyyə nazirliyi, enerji nazirliyi və digər müəssisələrə qarşı edildiyi bildirilir.
“Adobe” şirkətində qeyd edilir ki, haker hücumlarının uğurlu olmasının səbəbi istifadəçilərin proqramları yeniləməməsindədir.
FTB-dən bildirilib ki, “Anonymous” üzvləri minlərlə bank hesabını da ələ keçiriblər.