Bu il “Şahdəniz” layihəsinə 1,5 milyard dollar xərclənib
16 noyabr, 2013 09:32
Bu ilin birinci doqquz ayı ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 1 507 milyard dollar vəsait xərclənib.
ERtv “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu məbləğin
143 milyon dollarını əməliyyat xərcləri və 1 364 milyon dollarını əsaslı xərclər təşkil edib.
Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq 222 milyon dollar və 2 milyard 191 milyon dollar olacağı gözlənilir.
“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).