Xəbərlər

İlham Əliyev Ukraynanın Baş naziri Nikolay Azarov ilə görüşüb
18 noyabr, 2013 21:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Kiyevdə, onun üçün ayrılmış dövlət iqamətgahında Ukraynanın Baş naziri Nikolay Azarov ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd olundu, bütün istiqamətlərdə səmərəli qarşılıqlı fəaliyyətin mövcudluğu vurğulandı.

Birgə layihələrin müzakirəsinin ticarət dövriyyəsinin genişlənməsi baxımından əhəmiyyətinin qeyd edildiyi görüşdə bu sahədə yaxşı perspektivlərin olduğu bildirildi. Azərbaycan məhsullarının, o cümlədən kənd təsərrüfatı məhsullarının Ukrayna bazarına çıxarılması, taxılçılıq, heyvandarlıq və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu diqqətə çatdırıldı.

Ölkələrimizin tikinti sektorunda yaxşı perspektivlərin olduğu bildirilən görüşdə sənaye, infrastruktur sahələrində də əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi. Energetika sahəsində əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğundan, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynada uğurlu fəaliyyətindən məmnunluq bildirildi.

Ukraynaya Azərbaycan investisiyalarının qoyulması sahəsində imkanların araşdırılmasının mümkünlüyü qeyd edildi.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında humanitar əməkdaşlığın uğurla inkişaf etdiyi diqqətə çatdırıldı.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.