Xəbərlər

Azərbaycan-Ukrayna sənədləri imzalanıb
18 noyabr, 2013 21:18

Noyabrın 18-də Kiyevdə, Prezident İlham Əliyevin və Prezident Viktor Yanukoviçin təltif edilməsi mərasimindən sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç “Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasının Protokolu”nu imzaladılar.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və Ukraynanın aqrar siyasəti və ərzaq naziri Nikolay Prisyajnyuk “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i imzaladılar.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın xarici işlər naziri Leonid Kojara “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynanın Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə Məsləhətləşmələr Planı”nı imzaladılar.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyasının rəhbəri Vasili Bertaş “Azərbaycan Respublikasının Qəbələ Rayon İcra Hakimiyyəti və Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası arasında regionlararası əməkdaşlıq haqqında Saziş”i imzaladılar.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və Ukrayna Prezidentinin müşaviri – Ukrayna Prezidenti Administrasiyasının Humanitar İnkişaf Məsələləri Baş İdarəsinin rəhbəri Yuri Boqutski “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Ukrayna Milli İncəsənət Akademiyasının Kulturologiya İnstitutu arasında Əməkdaşlıq Müqaviləsi”ni imzaladılar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.