Sona Vəliyeva Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib
14 noyabr, 2013 11:26
Azərbaycan Prezidenti İlham Əliyev Sona Vəliyevanın Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Sona Məhəmməd qızı Vəliyeva 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilsin.