Xəbərlər

İlham Əliyev Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
15 noyabr, 2013 22:37

Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı olub.

ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısına duz-çörək təqdim edildi.

Əvvəlcə Prezident İlham Əliyev Jen-Mironosits kilsəsində oldu. Burada Azərbaycan Prezidentinə dua edilərək uzun ömür arzulandı.

Sonra Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı oldu.

Dövlətimizin başçısı Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış oldu.

Daha sonra çay süfrəsi arxasında görüş oldu.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr İşein, Vereyski arxiyepiskopu, Müqəddəs Sinod yanında Tədris Komitəsinin sədri, Moskva Pravoslav Ruhani Akademiyasının və Seminariyasının rektoru Yevqeni, Berlin və Alman arxiyepiskopu Feofan, Moskva Patriarxlığının Sinodal bölməsinin kilsə və cəmiyyətin münasibətləri üzrə şöbə rəhbəri Vsevolod Çaplin, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Qırmızı qəsəbə dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev, Alban-udin dini icmasının sədri Robert Mobili, Bakıdakı katolik kilsəsinin ordinarisi Vladimir Fekete, Azərbaycanın rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Sinodal bölməsinin kilsə və cəmiyyətin münasibətləri üzrə şöbəsi yanında dinlərin coğrafiyası mərkəzinin rəhbəri Roman Silantyev, Rusiyanın və Belarusun Azərbaycandakı səfirləri Vladimir Doroxin və Nikolay Pastkeviç, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak etmişlər.

Prezident İlham Əliyev görüşdə çıxış etdi.

Sonra Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr İşein çıxış etdi.

Vereyski arxiyepiskopu, Müqəddəs Sinod yanında Tədris Komitəsinin sədri, Moskva Pravoslav Ruhani Akademiyasının və Seminariyasının rektoru Yevqeni Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Prezident İlham Əliyevə məktubunu oxudu.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Moskva Patriarxlığının Sinodal bölməsinin kilsə və cəmiyyətin münasibətləri üzrə şöbə rəhbəri Vsevolod Çaplin və Bakı dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxış etdilər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.