Florida sahillərində kiçik mühərrikli təyyarənin sərnişini okeana düşüb.
Baş verən hadisə barədə pilot xəbər verib. Onun sözlərinə görə, kişi arxa qapını açıb və okeana düşüb.
ERtv “Associated Press”ə istinadən xəbər verir ki, hadisə baş verərkən təyyarə okeanın 609 metr hündürlüyündə olub.
İnsident barədə xəbər daxil olan kimi Sahil Mühafizə İdarəsi hadisə yerinə xilasedicilər dəstəsi göndərib.
Təyyarənin haradan uçması və göyərtəsində neçə nəfərin olması barədə məlumat yoxdur. Eyni zamanda “LiveATC.Net” saytında pilotun dispetçerlərlə danışığının auido yazısı yerləşdirilib.
“Təyyarənin qapısı açılıb və sərnişin bayıra düşüb. Mən Taymayaminin 9 kilometrliyindəyəm”, - deyə pilot bildirib.
“O arxa qapını açdı və sadəcə təyyarədən aşağı düşdü”, - deyə təyyarəçi qeyd edib.
Okeana düşən sərnişinin axtarışları davam etdirilir.