Xəbərlər

İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olub
13 noyabr, 2013 10:29

Hökumətlərarası sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olmuşdur.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlətinin başçısı İlham Əliyevi səs çoxluğu ilə üçüncü dəfə Prezident seçilməsi münasibətilə təbrik etdi. Bildirdi ki, bu seçkiləri Türkiyədən 35 millət vəkili izləmiş və seçkilərin yüksək səviyyədə keçdiyini vurğulamışlar.

Türkiyə və Azərbaycanın Qafqazda sülh, təhlükəsizlik və rifahın təmini baxımından ciddi işlər gördüyünü qeyd edən Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirdi ki, aparılan danışıqlarda iki ölkə arasında hərbi, siyasi, mədəni, iqtisadi, ticarət və digər sahəsində görüləcək işlər müzakirə olunmuşdur. Rəcəb Tayyib Ərdoğan hazırda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 4,2 milyard dollar olduğunu söylədi, bu rəqəmin 15 milyard dollara çatdırılmasının qarşıya məqsəd qoyulduğunu qeyd etdi.

Türkiyənin Baş naziri birgə reallaşdırılan neft, qaz və dəmir yolu layihələrinin vacibliyindən danışdı, 2014-cü ilin əvvəlində təməli qoyulacaq TANAP layihəsinin tarixi önəmini vurğuladı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Rəcəb Tayyib Ərdoğan bu münaqişənin həllinin Azərbaycan üçün xüsusi önəm kəsb etdiyini bildirdi.

Azərbaycan ilə siyasi münasibətlərin mükəmməl səviyyədə olduğunu deyən Türkiyənin Baş naziri bir daha iqtisadi sahədə əlaqələrə toxundu. Bildirdi ki, keçirilən görüşlərdə mədəniyyət sahəsində əlaqələrin inkişafına da xüsusi diqqət yetirilmişdir.

Türkiyənin Baş naziri Azərbaycan Prezidentinin bu səfərinin ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da inkişafına mühüm töhfə olduğunu vurğuladı.

Prezident İlham Əliyev yenidən dövlət başçısı seçilməsinə görə ünvanına səsləndirilən fikirlərə və Türkiyədə rəsmi səfərdə olan Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı və əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini vurğuladı.

Prezident İlham Əliyev ötən illərdə Türkiyənin böyük uğurlar qazanmasında Baş nazir Rəcəb Tayyib Ərdoğanın xidmətlərini xüsusi vurğuladı və hazırda qardaş ölkənin dünyanın ən güclü 20 dövlətindən biri olduğunu dedi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının icra mexanizminin olmadığını vurğulayan Prezident İlham Əliyev işğala son qoymaq üçün Azərbaycanın daha da güclənməsinin zəruriliyini bildirdi və bu məsələdə Azərbaycanın daim qardaş Türkiyənin dəstəyinə arxalandığını söylədi.

Türkiyənin hərbi sənayesi ilə bağlı təqdimat mərasiminin onda zəngin təəssürat oyatdığını deyən dövlətimizin başçısı ölkələrimizin bundan sonra da beynəlxalq səviyyəli regional layihələrin reallaşdırılmasında birgə səylərini əsirgəməyəcəklərini qeyd etdi.

Prezident İlham Əliyev qarşılıqlı sərmayələrin də mühüm əhəmiyyət kəsb etdiyini bildirdi və Azərbaycanın xaricdə ən böyük investisiyasını məhz Türkiyə iqtisadiyyatına yatıracağını xüsusi diqqətə çatdırdı. XXI əsrin türk dünyası əsri olacağını qeyd edən Prezident İlham Əliyev ümumi amallar naminə bundan sonra da xalqlarımızın səylərini əsirgəməyəcəklərini dedi, Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirdi və qardaş Türkiyə xalqına yeni-yeni uğurlar arzuladı.

Sonra media nümayəndələrinin sualları cavablandırıldı.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.