Xəbərlər

Bakıda keçiriləcək avtoralli 175 ölkədə yayımlanacaq
13 noyabr, 2013 10:27

22-24 noyabrda Bakıda avtoralli keçiriləcək.

ERtv xəbər verir ki, bunun üçün artıq bir sıra küçələrdə beton dəmir konstruksiyalar quraşdırılıb.

Avtomobillərin yarışı üçün hökumət evindən Lökbatan dairəsinə kimi təhlükəsizlik sədləri çəkilib. Artıq bu yollarda işlərin bir hissəsi yekunlaşmaq üzrədir. Yarışda CT-3-ün 14 beynəlxalq komandası və 30 avtomobili, həmçinin tarixi “Formula 1” yarışının 15 avtomobili iştirak edəcək. Sözügedən maşınlar Xəzər dənizi boyunca uzanan 4 km uzunluğundakı yolda yarış dairəsində düzüləcəklər.

Yarış Avropa, Asiya, Amerika, Yaxın Şərq və Afrikanın idman kanallarında canlı yayımlanacaq və 175-ə qədər ölkənin kanallarında göstəriləcək. Avtoralli ustaları ötən ilin oktyabr ayında keçirilən yarışda olduğu kimi izləyicilərə həyəcanlı anlar yaşadacaqlar.

Avtoralli yarışı ilə əlaqədar paytaxtda bir sıra küçə və prospektlər bağlanacaq. Xüsusilə Bakının Neftçilər prospekti və Bibiheybət məscidi istiqamətindən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Eləcə də Lökbatan dairəsinə gedən yolda avtomobillərin hərəkətinə icazə verilməyəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.