Xəbərlər

Turizm Filmləri Festivalında münsiflər heyətinin sədri Azər Qərib olacaq
13 noyabr, 2013 10:25

Noyabrın 20-dən 24-dək Bakıda keçiriləcək I Bakı Beynəlxalq Turizm Filmləri Festivalında münsiflər heyətinin sədri tanınmış telejurnalist Azər Qərib olacaq.

ERtv xəbər verir ki, festivalın müsabiqə proqramına 31 ölkədən 78 film daxil edilib.

Nizami Kino Mərkəzində nümayiş olunacaq filmləri kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Münsiflər heyətinin 3 üzvü Azərbaycandan - Azər Qərib, Vasif Babayev, Cəmil Fərəcov, 4 üzvü isə xarici ölkələrin təmsilçisidir (Aleksandr Kammel, Lela Krstevska, Devid Kuper, Qriqoris Koulbanis).

Münsiflər heyətinin sədri Azər Qərib 400-dən artıq sənədli film və televiziya proqramının müəllifidir. Dünyanın 80-ə yaxın ölkəsinə səyahət edən Azər Qərib milli televiziya məkanında yayımlanan “Oralar” verilişinin müəllifidir.

Bir sıra internet səhifələrində “Azər Qəriblə saat 5-də” verilişinin aparıcı və müəllifi, eləcə də azru.tv internet telekanalının təsisçisi və baş redaktordur.

Müxtəlif illərdə “Qızıl qələm” mükafatı (2006), Azərbaycan Jurnalistlər İttifaqının Zərdabi adına mükafatı (2010) və Mədəniyyət və Turizm Nazirliyinin “Əməkdar Turizm İşçisi” fəxri adı (2013) ilə təltif olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.