Sükan əldən çıxdı, maşın körpüdən aşdı: ölən var
14 noyabr, 2013 10:23
Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ERtv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Şəki rayonu, İncə kəndində 1982-ci il təvəllüdlü Balacayev Rövşən Alıbəy oğluna məxsus “Hyundai” markalı minik avtomobili körpünün üzərindən çayın kənarına yuvarlanması nəticəsində yol-qəza hadisəsi baş verib.
Nəticədə avtomobilin sürücüsü Balacayev R.A aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən meyit müxtəlif kəsici alətlərdən istifadə edilməklə avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.