İraqda İmam Hüseyni yad edən şiələrə hücum olub, 19 nəfər qətlə yetirilib
13 noyabr, 2013 10:18
İraqda törədilən bir neçə partlayış nəticəsində 19-dan çox insan həlak olub.
ERtv “Reuters”ə istinadən xəbər verir ki, terror aktları Kərbəlada şəhid olan İmam Hüseyni yad etməyə gələn şiə müsəlmanlara qarşı törədilib.
İnsidentlər nəticəsində polislər arasında da ölənlər olub. Partlayışlar İraqın şimalında yerləşən şəhərlərdə törədilib.