Xəbərlər

Sənaye məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
14 noyabr, 2013 10:14

Oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 7,6 faiz, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 5,0 faiz aşağı düşüb.

ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, oktyabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 9,0 faiz, metal filizlərinin hasilatı üzrə 0,6 faiz ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,6 faiz bahalaşıb.

Oktyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 2,9 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 2,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,4 faiz, kağız və karton istehsalı üzrə 2,0 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,3 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı, kompüter və digər elektron avadanlıqların istehsalı, maşın və avadanlıqların istehsalı, avtomobil və qoşquların istehsalı üzrə 0,1 faiz ucuzlaşma, tütün məmulatlarının istehsalı üzrə 10,0 faiz, metallurgiya sənayesi üzrə 3,1 faiz, toxuculuq sənayesi üzrə 3,0 faiz, içki istehsalı üzrə 0,8 faiz, qida məhsullarının istehsalı üzrə 0,7 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,6 faiz, geyim istehsalı və tikinti məmulatlarının istehsalı üzrə 0,3 faiz, neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətlərində 0,2 faiz bahalaşma qeydə alınıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.