İlham Əliyevin Abdullah Güllə görüşü olub
12 noyabr, 2013 22:58
Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub.
ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.
Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edildi.
Söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin bundan sonra da daim inkişaf edəcəyinə əminlik ifadə olundu.