Ağdaş rayonunda qarışıq mallar mağazasının yanması nəticəsində sahibkara 60 min manatdan çox ziyan dəyib.
RYMH-nə istinadən ERtv-nin bölgə müxbiri xəbər verir ki, yanğın hadisəsi bu gün günorta saatlarınd Ağdaş şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Şəhər sakini, 47 yaşlı Gündüz Teymurova məxsus ümumi sahəsi 80 kvadratmetr olan qarışıq mallar mağazası anidən alovlanıb.
hadisə yerinə FHN-nin Ağdaş yanğımndan mühafizə hissəsinin 3 yanğın söndürən maşını cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülsə də qarışıq mallar mağazasının içindəki əşyalarla birlikdə yanması nəticəsində mağaza sahibinə təxminən 60 min manatdan çox maddi ziyan dəyib.
Yanğının baş vermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.