Xəbərlər

Misirdə fövqəladə vəziyyət rejimi ləğv edilib
12 noyabr, 2013 22:38

Misirdə bu gün fövqəladə vəziyyət rejimi rəsmi ləğv edilib.

ERtv APA-ya istinadən xəbər verir ki, Misir İnzibati Məhkəməsinin qərarına əsasən, fövqəladə vəziyyət rejimi bu gün yerli vaxtla 16.00-da (Bakı vaxtı ilə 18.00-da) qüvvədən düşüb.  

Qeyd edək ki, Misirin baş naziri Hazem əl-Bablaui biq müddət əvvəl fövqəladə vəziyyət rejiminin noyabrın 14-də ləğv ediləcəyini bəyan etmişdi. Lakin məhkəmə bu bəyanata düzəliş edərək, fövqəladə vəziyyət rejiminin bu gün 16.00-da ləğv olunması haqqında qərar verib. “Əl-Əhrəm” qəzetinin məlumatına görə, Nazirlər Kabineti məhkəmənin qərarını dəstəkləyib.

“Əl Bələd” qəzetinin məlumatına görə, asayişin qorunması və təhlükəsizliyin təmin olunması üçün ordu birləşmələri polisə dəstək məqsədi ilə hələlik Qahirə və digər böyük şəhərlərin küçələrindən çıxarılmayıb.

Qeyd edək ki, Misirdə fövqəladə vəziyyət rejimi avqustun 14-də elan olunmuşdu.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.