Xəbərlər

Azərbaycan cazmmenləri Qrenoblda çıxış ediblər
11 noyabr, 2013 12:55

Fransada keçirilən “Cazkolor“ beynəlxalq caz festivalı çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Trio Elçin Şiriniov“ caz qrupu Parisdən sonra Fransanın Qrenobl şəhərində konsert proqramı ilə çıxış etmişdir.

Konsert şəhərin “İncəsənət Kafesi” caz klubunda baş tutmuşdur. Qrupun üzvləri-pianoda Elçin Şirinov, gitarada Səlim Məmmədov və zərb alətlərində Elvin Bəşirov Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini ifa etmişlər.

Azərbaycanlı cazmenlərin çıxışları tələbkar fransız musiqisevərləri tərəfindən böyük maraqla qarşılanmış və onlar bir neçə dəfə səhnəyə dəvət edilmişlər.

Qonaq sifətilə konsertdə iştirak edən məşhur saksofon ifaçısı Babi Klavel və müğənni Fred Kazak da musiqiçilərimizin müşaiyəti ilə bir neçə əsər ifa etmişlər. B. Klavel azərbaycanlı musiqiçilərlə ilk dəfə çıxış etməsindən məmnunluq hissi keçirdiyini, qrupun gənc olmasına baxmayaraq çox böyük peşəkarlıq nümayiş etdirdiyini bildirmişdir.

Azərbaycanda bir neçə dəfə olduğunu xatırladan F. Kazak isə atasının vətəni olan Azərbaycandan gələn musiqiçilərin hər dəfə konsertini dinləməkdən böyük qürur hissi keçirdiyini diqqətə çatdırmışdır.

Sonda tamaşaçılar konsertdən böyük təəssüratla ayrıldıqlarını və belə konsertlərin şəhərlərində tez-tez təşkil edilməsi arzusunda olduqlarını bildirmişlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.