Kanadada təyyarə qəzası nəticəsində 5 nəfər həlak olub
11 noyabr, 2013 12:52
Kanadada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.
ERtv xəbər verir ki, hadisə Ontario əyalətinin şimal-qərbində baş verib.
Təyyarədə olan iki nəfər isə sag qalıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, "Berskin Eyrlayns" şirkətinə məxsus olan təyyarə uçuş-eniş xəttinin yaxınlığında qəzaya uğrayıb.