Yığmamız Ermənistanı məğlub etdi
10 noyabr, 2013 13:02
Rusiyanın paytaxtı Moskva şəhərində güləş üzrə Avropa Millətlər Kubokuna yekun vurulmaq üzrədir.
ERtv xəbər verir ki, komandamız 5-ci yer uğrunda mübarizədə Ermənistan kollektikvini 5:2 hesabı ilə məğlub edib. Yarışda 3-cü yeri Bolqarıstan komandasına 7-0 hesabı ilə qalib gələn Rusiya kollektivi tutub.
Yarışda iştirak edən yunan-Roma güləşi üzrə Azərbaycan yığması 5-ci yerlə kifayətlənib.