Xəbərlər

Azərbaycan nümayəndə heyəti Dünya Sosial Təminat Forumunda iştirak edəcək
08 noyabr, 2013 12:02

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti 10-15 noyabr tarixlərində Dünya Sosial Təminat Forumunda iştirak edəcək.

ERtv-nin DSMF-yə istinadən verdiyi xəbərə görə, Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) və Qətər Dövlətinin Pensiya və Sosial Sığorta Baş Orqanının birgə təşkilatçılığı ilə Doha şəhərində baş tutacaq Forumda müxtəlif ölkələrin pensiya və sosial sığorta təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, siyasətçi və alimlərin iştirakı nəzərdə tutulub.

Forumda Sosial təminatın idarə edilməsi standartlarının gücləndirilməsi mərkəzinin açılışı, eyni zamanda Dünya Sosial Təminat Sammitinin keçirilməsi, sosial təminat sahəsində inkişaf və tendensiyalar, sosial təminat təşkilatlarının idarə olunmasında yeni yanaşmaların müəyyən olunması, sosial təminatın əhatə dairəsinin genişləndirilməsi və digər mövzular müzakirə ediləcək.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti həmçinin BSTA-nın 31-ci Baş Assambleyası, Büro və Şurasının iclaslarına qatılacaq. Miqyasına və mahiyyətinə görə Baş Assambleya BSTA-nın ən mötəbər tədbiri hesab olunur. Belə ki, BSTA-nın Konstitusiyasına əsasən, Assosiasiyanın Baş Assambleyası üç ildən bir baş tutur. Baş Assambleyanın toplantısında BSTA-nın Prezidenti, Baş katibi, Xəzinədarı, Nəzarət komissiyasının üzvləri və texniki komissiyaların sədrləri kimi yüksək vəzifələrə seçkilər keçiriləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.