Cenevrədə İran və “5+1” qrupu arasında danışıqlar davam edir
09 noyabr, 2013 11:54
İranın nüvə proqramı ilə bağlı noyabrın 7-də Cenevrədə İran və “5+1” qrupu arasından başlamış müzakirələr davam edir.
Yerli rəsmi informasiya mənbələrinin məlumatına görə, ötən gün iranlı diplomatlar “5+1” qrupunda təmsil olunan dövlətləri təmsil edən şəxslərlə təkbətək görüşlər keçiriblər.
İran xarici işlər nazirinin müavini Seyid Abbas Ərəqsiyə istinadla yayılan məlumatlara görə, rəsmi Tehran, müzakirələrin sonunda İranın nüvə proqramı ilə bağlı tərəfləri qane edəcək məzmunda sənəd imzalanacağına ümidlidir. Yerli mətbuat müzakirələrin gərgin keçməsi barədə də informasiyalar yaymaqdadır.