Türkiyə Avropa İttifaqı (Aİ) ölkələrindən daha cəsarətli addımlar gözləyir.
Bu sözləri Türkiyə prezidenti Abdullah Gül Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füleni qəbul edərkən söyləyib.
Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı bu yaxınlarda Avropa ölkələrində daha müsbət meyillərin müşahidə olunduğunu diqqətə çatdıran Abdullah Gül deyib ki, rəsmi Ankara daha cəsarətli addımlar gözləyir. Danışıqlar prosesinin canlandırılması hər iki tərəf üçün faydalıdır. Bundan başqa, Türkiyə hökuməti ABŞ və Aİ ilə sərbəst ticarətə dair sazişlərin imzalanmasına da böyük əhəmiyyət verir. Brüssel ilə Gömrük İttifaqı bu addımlar üçün etibarlı zəmindir.
S.Füle Ankara ilə üzvlük prosesindəki müzakirələrdə yeni fəsillərin açılmasının zəruriliyini vurğulayıb. Lakin Aİ rəsmiləri əvvəllər olduğu kimi, yenə də bunun üçün Kipr probleminin həlli şərtini irəli sürürlər. S.Füle Türkiyə prezidentindən Lefkoşa ilə Nikosiya arasında danışıqların bərpa olunmasını istəyib.