Xəbərlər

ABŞ YUNESKO-da səs haqqından məhrum oldu
08 noyabr, 2013 11:51

ABŞ noyabrın 8-də təhsil, elm və mədəniyyət sahələri üzrə (YUNESKO) BMT-də səs haqqını itirib.

ERtv-nin Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, Amerika nümayəndəliyi təşkilat tərəfindən qəbul edilən qərarlara avtomatik olaraq təsir etmək haqqından məhrum olub.

Bu ABŞ-ın 2011-ci ildə YUNESKO-nun üzvü olan Fələstinin tamhüquqlu dövlət kimi tanınmasına etiraz əlaməti olaraq, YUNESKO-nun büdcəsinə illik üzvlük haqqını ödəməkdən imtina etməsi nəticəsində baş verib.

ABŞ-ın YUNESKO-nu maliyyələşdirməyi dayandırmasından sonra təşkilat ABŞ-ın həlledici hesab etdiyi bir sıra proqramları bağlayıb. Bura İraqda su təminatı sisteminin tikilməsini maliyyələşdirmək və müxtəlif ölkələrin məktəblilərini Holokost barədə məlumatlandırmaq proqramları daxildir. ABŞ YUNESKO-nu maliyyələşdirməkdən öz qanunvericiliyinə müvafiq olaraq imtina edib.

Qanunvericilik Fələstini öz tamhüquqlu üzvü olaraq tanıyan istənilən beynəlxalq təşkilatın maliyyələşdirməsini dayandırmağı əmr edir.

ABŞ Administrasiyası bir neçə dəfə bu qanunun müddəalarını dəyişdirmək cəhdi edib, lakin hər dəfə bu cəhdlər uğursuzluqla nəticələnib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.