Xəbərlər

Süpürgəçilərin tətili Madridi zibilxanaya döndərdi
08 noyabr, 2013 11:48

Madriddə işdən çıxarılma və əmək haqlarının azaldılmasına etiraz edən süpürgəçilərin tətili artıq şəhərin turizm imicinə öz təsirini göstərib.

ERtv Frans Press-ə istinadən xəbər verir ki, ictimai yerlərdə zibil urnaları aşıb daşır, hətta məşhur “Puerta del Sol” meydanı və şəhərin digər dini yerlərində zibil topalarına, siqaret kötüklərinə rast gəlmək olar.

“Ayıbdır. Bu, Madriddi və o, zibil içindədir!”, - deyə yerli sakin şəhər meydanında yerdəki zibil yığınını göstərərək bildirib.

Tətildə paketlərdə ev zibillərini daşıyan işçilər iştirak etmir və yəqin yalnız bunun sayəsindədir ki, şəhərdə səliqəsizlik son iki ildə İspaniyanın digər şəhərlərində keçirilən analoji tətillər zamanı qeydə alınan səviyyəyə gəlib çatmayıb.

Madrid süpürgəçiləri çərşənbə axşamı iqtisadi böhrandan irəli gələn ixtisarlar və maaşların kəsilməsinə etiraz əlaməti olaraq tətilə başlayıblar. Şirkətlər avqust ayında 350 əməkdaşı işdən çıxarıblar. Onlar bildiriblər ki, ixtisarlar zərurətdən irəli gəlib, çünki şəhər meriyası ictimai xidmətlərə ayrılan xərclərin azaldılması səbəbindən şəhər küçələrinin yığışdırılmasına daha az vəsait ayırmaq məcburiyyətində qalıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.