Xəbərlər

Azərbaycanın maliyyə naziri Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşüb
08 noyabr, 2013 11:44

Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqini və onu müşayət edən nümayəndə heyətinin üzvlərini qəbul edib.

ERtv Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə BVF ilə mövcud əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlər müzakirə olunub, 2013-cü il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, cari ilin dövlət büdcəsinin icrası və 2014-cü il üzrə dövlət büdcəsinin parametrləri barədə fikir mübadiləsi aparılıb, xərclər üzrə səmərəliliyin artırılması istiqamətində atılan addımlar qeyd olunub.

Həmçinin, ölkəmizdə bazar iqtisadiyyatı istiqamətində həyata keçirilən islahatların və makroiqtisadi sabitliyin təmin olunmasının önəmi vurğulanıb, Azərbaycanın prioritet elan etdiyi sahələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

S.Şərifov bildirib ki, dövlət başçısı İlham Əliyevin növbəti 5 il üçün Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizdə sabitliyin və dayanıqlı sosial-iqtisadi siyasətin bundan sonra da davam etməsini təmin edəcək. Nazir qeyd edib ki, dövlət başçısı Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə əlaqədar hökumət qarşısında qeyri-neft ümumi daxili məhsulun iki dəfəyədək artması vəzifəsini qoyub.

Azərbaycanda müşahidə olunan makroiqtisadi və maliyyə sabitliyi barədə danışan missiya rəhbəri R.Almarzoqi qeyri-neft gəlirlərinin artırılması və qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətləri müsbət qiymətləndirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.