Nəqliyyatçıların orta aylıq əmək haqqı 7%-dən çox artıb
08 noyabr, 2013 11:42
Cari ilin doqquz ayında 2012-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 7,1 faiz artaraq 530,0 manat olub.
ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici hava nəqliyyatında 819,7 manat, dəniz nəqliyyatında 728,5 manat, metro nəqliyyatında 529,8 manat, avtomobil nəqliyyatında 496,8 manat, dəmir yolu nəqliyyatında isə 242,3 manat təşkil edib.
Əmək haqqı dəmir yolu nəqliyyatında 9,0 faiz, metro nəqliyyatında 7,0 faiz, dəniz nəqliyyatında 5,6 faiz, avtomobil nəqliyyatında isə 4,9 faiz artıb.