Azərbaycan ilə Avstraliya arasında əlaqələr müzakirə edilib
07 noyabr, 2013 20:41
Demokratik Forumda iştirak etmək üçün İndoneziyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avstraliyalı həmkarı xanım Culiya Bişop ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənGün.Az-a bildirilmişdir ki, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr, beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik Şurası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Culiya Bişop Azərbaycanın Avstraliyada səfirliyinin fəaliyyətə başlamasını yüksək qiymətləndirmiş və bunun iki ölkə arasında münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirmişdir.